Bu görtüntülər bütün İnterneti dəhşətə gətirdi...
09.12.2017 2560 0.0 0

Aclıqdan güclə ayaq üstə dayanan ağ ayı hər yerdə yemək axtarır, amma tapa bilməyərək, yerə yıxılır və bir daha qalxa bilmir...

Fotoqraf Pol Niklenin yaydığı video internet istifadəçilərini dəhşətə gətirib. Sputnik Azərbaycan xəbər verir ki, fotoqraf “İnstagram” hesabında aclıqdan ölən ağ ayının videosunu yerləşdirib.

 

 

 

Niklen yazıb ki, ölməkdə olan ayını çəkən zaman qrupun bütün üzvləri ağlayırmış: “Bu, insanı dəhşətə gətirən səhnədir. Bu səhnə hər yerdə məni izləyir. Amma laqeydlik divarını sınırmaq üçün mən bu videonu paylaşmalıyam”.

Fotoqraf “aclığın görüntülərini” də təsvir edib: “Əzələlər gücdən düşüb, enerji yoxdur. Bu, tədricən və çox ağrılı ölümdür”. O, əlavə edib ki, ağ ayılar insanların səbəb olduğu qlobal istiləşmə səbəbindən ölürlər və diqqəti buna yönəltməyə çalışır.

Kanadanın Baffinova Torpağı adasında çəkilən videoya milyondan çox adam baxıb. Aclıqdan güclə ayaq üstə dayanan ağ ayı hər yerdə yemək axtarır. Amma tapa bilməyərək, yerə yıxılır və bir daha qalxa bilmir…

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar