Bu ermənilər türk olduqlarını təsdiqlədi – Video
27.10.2016 844 0.0 0

Ermənistanın Şirak vilayətinin Ariç kəndinin əsil adı Qıpçaq olub.

 

Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinə istinadən xəbər verilir ki, bu fakt Qazaxıstan telekanalının araşdırmasında öz təsdiqini tapıb.

 

Qazaxıstanın “Telekanal Xəbər 24” kanalının hazırladığı xüsusi reportajda Şirak vilayətinin Ariç kəndinin 8 əsrdən artıqdır qıpçaqların yaşadığı ərazi olduğu göstərilir. Bölgənin əsas danışıq dilinin qıpçaq dili olmasına baxmayaraq, bütün sənədlər, ədəbiyyat nümunələri erməni hərfləri ilə məhz qıpçaq dilində yazılıb.

 

Bildirilir ki, kənddə yerləşən indiki Sulpastvaçaçin erməni kilsəsinin adı əvvəllər Qıpçaqavan adlanıb.

 

Qəsəbənin rəhbəri Rolland Hazarityan bildirib ki, o, indi də özünü qıpçaq sayır və kəndin yaşlı nəsli özlərini hələ də qıpçaqlar adlandırırlar.

 

Video reportajda diqqət çəkən əsas məqam ermənilərin tarixi həqiqətləri gizlətmək, dəyişmək kimi mahir bacarıqlarının bu mövzudan da yan keçməməsidir.

 

Belə ki, erməni tarixçiləri də hesab edirlər ki, Qıpçaq adlanan ərazisinin 5 min il əvvəlki adı Ariç olub.

 

Qeyd edək ki, ərazinin türklərə məxsus olduğunu Qıpçaq kəndindəki Xpçaxvəng adlı kilsə və monastr (XII əsr) da sübut edir.

 

Hətta Qərbi Azərbaycanda (bugünkü Ermənistan) qıpçaq – qarqarların çox qədim zamanlardan yaşadıqlarını, onların torpaqlarının Ərməniyyə və Kilikiyaya qədər uzandığını erməni (hay) tarixçiləri də etiraf edirlər. /axar.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar