Bu dərmanların reseptsiz satışına nəzarət gücləndirilə bilər
23.11.2021 119 0.0 0

“Əslində ölkədə antibiotiklərin reseptsiz satışı qadağandır. Lakin qanunvericilikdə bu sahədə müəyyən boşluqlar olduğundan onların pərakəndə satışına rast gəlinir”.

Məlumata görə, bunu Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib.

Nazirlik rəsmisi qeyd edib ki, pandemiya zamanı rast gəlinən çətinliklər bu sahədəki boşluqları bir daha sübut etdi: “Bu səbəbdən qanunvericiliyin düzgün və qaydasında işləməsi üçün lazımi tədbirlər görülməlidir. Nəzarətin gücləndirilməsi də əsas şərtlərdən biridir. Elektron reseptlərin tətbiqi bu işə böyük təkan verə bilər. Mərkəzləşdirilmiş qaydada monitorinq aparılmasa bir günə problemi həll etmək mümkün deyil”./report/


Loading...
Digər xəbərlər:
Şərhlər
avatar