Bu dərmanı almayın - dövlət qeydiyyatı ləğv olundu
21.11.2016 887 0.0 0

Səhiyyə Nazirliyinin sərəncamı ilə DV №14-00820 qeydiyyat vəsiqəli “Kvinaks” ticari adlı azapentacene polysulfonate sodium 0.15 mq/ml tərkibli göz damcısı 15 ml flakonda  №1 dərman vasitəsinin dövlət qeydiyyatı ləğv edilib. Nazirlikdən verilən xəbərə görə, bu qərar "Alcon Pharmaceuticals" LTD şirkətindən Səhiyyə Nazirliyinə daxil olan müraciətə əsaslanaraq qəbul olunub.

 

Ərizəçi şirkətin müraciətində göstərilib ki, “Kvinaks” ticari adlı azapentacene polysulfonate sodium 0.15 mq/ml tərkibli göz damcısı 15 ml flakonda  №1 dərman vasitəsinin konsentrasiyası zamanla azalır və bu hal yararlılıq müddəti ərzində dərman vasitəsinin keyfiyyətinə mənfi təsir edir. Şirkət bununla əlaqədar olaraq dərman vasitəsinin qeydiyyatda olduğu dövlətlərdən geri çağırılması və istehsalının dayandırlması barədə qərar qəbul edib.

 

Yuxarıda qeyd olunanları nəzərə alaraq, dərman vasitəsi Azərbaycan Respublikası Dərman vasitələrinin dövlət reyestrindən çıxarılıb, topdan və pərakəndə satış əczaçılıq müəssisələrindən geri çağrılıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar