Əbu Bəkr əl Bağdadi ölüm xəbəri yayılıb
14.06.2016 593 0.0 0

 İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl Bağdadinin koalisiya qüvvələri tərəfindən endirilən aviazərbələr nəticəsində ölməsi barədə məlumat yayılıb.

 

TASS agentliyinə istinadən verilən xəbərə görə, bu barədə Böyük Britaniyanın “Mirror” nəşri bildirib.

 

Nəşrin məlumatına əsasən əl Bağdadi iyunun 10-da Suriyanın Rakka şəhərinə endirilən aviazərbələr nəticəsində öldürülüb.

 

Digər mənbələr isə bildirir ki, İŞİD lideri İraqın Mosul şəhərində öldürülüb.

 

Qeyd edək ki, Əbu Bəkr əl Bağdadi 2014-ci ilin iyunundan İŞİD-ə rəhbərlik edir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar