Bu azərbaycanlı Suriyada öldürüldü (FOTO)
26.08.2015 790 0.0 0

Ötən gün Suriyada daha bir azərbaycanlı öldürülüb.

Məlumata görə, bu haqda "Timeturk" saytının əməkdaşı Furkan Azəri öz "Facebook" səhifəsində xəbər yayıb.

Xəbərdə bildirilir ki, Bəşər Əsədə qarşı vuruşan “Mahmut Azəri”nin dəstəsinin üzvü, “Zubeyir Azəri” ləqəbli azərbaycanlı öldürülüb. “Zubeyir Azəri” Suriyanın Ribat bölgəsində hökumət qüvvələrinin endirdiyi hava zərbələri nəticəsində ölüb.

 


“Zubeyir Azəri” ləqəbli azərbaycanlı

 

Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb. 

 

Qeyd edək ki, bundan öncə Suriyada onlarla mücahid öldürüb. Onların arasında “Əl-Nüsra Cəbhəsi” sıralarında Bəşər Əsədə qarşı vuruşan “Əbu Sənan”, “Əbu Zər-Azəri”,“İraq-Şam İslam Dövləti” qruplaşmasının üzvü “Abdurrahman” ləqəbli azərbaycanlılar var.

 

 

“Zubeyir Azəri”nin cəsədi

 

Azərbaycanlının basdırıldığı yer. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar