BTC vasitəsilə nəql olunan neftin həcmi acıqlanıb
13.11.2017 821 0.0 0

Oktyabr ayında BTC kəməri ilə 2,2 milyon tondan artıq Azərbaycan nefti nəql olunmuşdur.

Qazeta.info SOCAR-ın mətbuat xidmətinə istinadla bildirir ki, 2017-ci ilin oktyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 268 min 672 ton Azərbaycan nefti nəql olunmuşdur.
Cari ilin yanvar- oktyabr aylarında bu kəmərlə 22 milyon 595 min 463 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il noyabr ayının 1-ə qədər BTC-yə 344 milyon 133 min 525 ton neft vurulub. 

Bundan başqa, 2017-ci ilin oktyabr ayında BTC kəməri ilə 545 min 988 ton Türkmənistan nefti nəql olunub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar