Britaniyadan İranla bağlı gözlənilməz dəvət
28.07.2015 544 0.0 0

Britaniya Xarici işlər Nazirliyi turistləri irana dəvət edir.

Məlumata görə, nazirliyin son qərarına görə hazırda İran ərazisinin əksər hissəsi turist səfərləri üçün əlverişli hesab olunur.

Lakin Vyanada İranla Qərb arasında nüvə sazişinin imzalanmasınдan əvvəl Britaniyanın Xarici İşlər Nazirlyi bu ölkəyə yalnız zərurət halında səfər etməyi tövsiyə edirdi.

Bu həftə açıqlanmış qərarda deyilir ki, London “Həsən Ruhani hökumətinin daha mehriban siyasət yürütdüyünü nəzərə alıb”.

Təhlilçilər bildirirlər ki, Britaniya Xarici İşlər Nazirliyinin yeni səyahət tövsiyəsi İranda turizm sənayesinin inkişafına qəfil təkan verəcək. Bununla belə, tövsiyələrdə İranın İraq, Pakistan və Əfqanıstanla həmsərhəd regionlarına səfərlər məsləhət görülmür. Ekspertlər isə deyirlər ki, İran turizmi onsuz da bu bölgələrin hesabına inkişaf etmirdi.

 

Britaniya XİN İranın İraq, Pakistan və Əfqanıstanla həmsərhəd regionlarına səfər etməyi məsləhət görmür 

Xarici İşlər Nazirliyi habelə tövsiyə edir ki, britaniyalı turistlər bu ölkəyə təkbaşına yox, turist şirkətlərinin turları ilə getsinlər.
Uzun illər İrana turlar təşkil edən “Travel the Unknown” şirkətinin direktoru Devid Makgines dəfələrlə İranda olub və nazirliyin son tövsiyələrini alqışlayır. O əmindir ki, İrana turist səfərləri həmişə təhlükəsiz olub, lakin diplomatik münasibətlərin yaxşılaşması ilə atmosfer daha da əlverişli olacaq.

Britaniya Xarici İşlər Nazirliyinin rəsmi saytında İrana səyahət tövsiyələrinə bir qədər də “redaktələr” edilib. Tövsiyələrdə İrana səfərə edənlərə “bu ölkədə əsassız şəkildə həbs oluna biləcəklərinə dair xəbərdarlıq” çıxarılıb. “The Telegraph” qəzeti yazır ki, səyahət xəbərdarlığının yumşaldılması UNESCO-nun dünya mədəni irsi elan etdiyi 19 abidənin yerləşdiyi İrana turist axınını gücləndirəcək. Bu arada Devid Makgines deyib ki, nüvə sazişi imzalanandan bəri İrana səyahət haqqında məlumat istəyənlərin sayı kəskin artıb.

 

UNESCO-nun dünya mədəni irsi elan etdiyi “Təbriz bazarı”

 

Lakin Britaniyalılar üçün siyasi maneələr hələ də qalmaqdadır. Məsələn, İranın Londondakı səfirliyi 2011-ci ildən bəri bağlı olaraq qalır. Britaniya İran səfrilyini Tehranda Birləşmiş Krallıq səfirliyinə basqına cavab olaraq bağlamışdı. Britaniya xarici işlər naziri Filip Hammond ötən həftə ümid etdiyini bildirib ki, Tehrandakı Britaniya səfirliyi ilin sonuna qədər işini bərpa edə bilər.

Qeyd edək ki, Hazırda Britaniyadan İrana səfər vizalarını almaq üçün Dublin, Paris və Frankfurt şəhərlərinə getmək lazım gəlir.Bu iş Londonda pulla görən agentliklər də var./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar