Brent markalı neftin dəyəri düşüb
02.09.2015 736 0.0 0
 ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 11,3 faiz azalaraq 48,6 dollar olub.

 

Məlumata görə, Brent markalı neftin qiymətinin bir ticarət sessiyası ərzində bu qədər düşməsi noyabrın 27-dən bu günədək ən maksimal həddə olub.  Xatırladaq ki, OPEK –in noyabrın 27-də hasilat kvotasını sutkada 30 mln barrel həcmində saxlamaq qərarı neftin 9 faiz ucuzlaşmasına səbəb olmuşdu.  

 

Qeyd edək ki, avqustun 31-də Brent neftinin qiyməti 8 faiz artaraq 54 dollar həddini keçib. Buna səbəb kimi, OPEK-in təşkilata üzv olmayan neft hasilatçıları ilə neftin qiymətinin sabitləşdirilməsinə dair danışıqlara hazır olduğunu bildirməsi göstərilir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar