Brent markalı neft 56,4 dollara satılır
22.09.2017 544 0.0 0

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətdə dəyişir.

 

Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,06 dollar və ya 0,12% artaraq 50,61 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,03 dollar və ya 0,05% azalaraq 56,40 dollar olub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar