Braziliyalı futbolçuları daşıyan təyyarə qəzaya uğrayıb
29.11.2016 940 0.0 0

Kolumbiyanın Antokiya əyaləti ərazisində təyyarə qəzası baş verib.

 

“Lenta.ru”ya istinadən verilən xəbərə görə, qəzaya uğrayan təyyarədə Braziliyanın “Şapekoense” futbol komandasının oyunçuları və 9 ekipaj üzvü də daxil olmaqla, 80 nəfər olub.  

 

Boliviyadan Kolumbiyanın Medelyin şəhərinə uçan təyyarə Rioneqro şəhəri ətrafında radardan itib. Ekipaj komandiri Medelyin hava limanının dispetçerlərinə yanacağın bitdiyi barədə xəbər verib. Hava limanı təyyarənin enişi üçün şərait yaradıb, lakin təyyarə aeroporta çata bilməyib. 

 

Əvvəlcə təyyarədəkilərin hamısının öldüyü bildirilsə də, bir qədər sonra “360 Radio” kanalı bəzi sərnişinlərin sağ qaldığı barədə xəbər yayıb. 

 

Braziliya çempionatının yüksək divizionunda çıxış edən “Şapekoense” komandası Medelyində Cənubi Amerika Kuboku çərçivəsində Kolumbiyanın “Atletiko Nasyonal” komandası ilə qarşılaşacaqmış. Komandanın kapitanı əvvəl Madrid “Atletiko”sunda çıxış etmiş Kleber Santanadır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar