Braziliya prezidentinin impiçmenti təsdiqlənib
31.08.2016 666 0
Braziliyanın Federal Senatı vəzifəsindən müvəqqəti kənarlaşdırılan Dilma Rousseffin impiçmentini səs çoxluğu ilə təsdiqləyib.
TASS agentliyinə istinadən verilən xəbərə görə, D.Rousseffin istefasının lehinə 61, əleyhinə isə 20 Senat üzvü səs verib.
Beləliklə, 2018-ci ilin sonunadək ölkəyə vitse-prezident Mişel Temer başçılıq edəcək.
Qeyd edək ki, 2011-ci ildən ölkəyə rəhbərlik edən D.Roussefin adı bir neçə korrupsiya qalmaqalında hallanıb. Qalmaqallardan biri “Petrobras” Dövlət Neft Şirkəti ilə bağlıdır. Həmçinin, D. Rousseff büdcə vəsaitlərini 2014-cü ildə yenidən prezident seçilməyə yönəltməkdə və vergilərlə bağlı qanun pozuntularında şübhəli bilinir./apa/
Digər xəbərlər:
Şərhlər




