Böyrəyi təmizləyən iki möhtəşəm şirə
15.11.2015 1034 0.0 0

“Fast-food”lar, həddən artıq yağlı və duzlu yeməklər, spirtli içki – bir sözlə, orqanizmə daxil olan hər bir zərərli qida ilk növbədə böyrəklərə təsir edir. Sağlam qidalanmayan insanların böyrəyində daş yığılır. Həmin daşlardan xilas olmaq və orqanizminizi toksinlərdən təmizləmək istəyirsinizsə, qazeta.info-nun publika.az-a istinadla təqdim olunan iki şirə reseptini sınaqdan keçirin.

 

Kök möcüzəsi

 

Tərkibi:

7 ədəd kök

1 ədəd alma

1 ədəd acı qırmızı bibər

3 dilim zəncəfil kökü

1 ədəd limon

Sadalananların şirəsini çəkin. Gündə 1 və ya 2 stəkan için. Səhərlər acqarına, axşamlar isə yeməkdən 2 saat sonra içməyiniz məsləhətdir.

 

Çuğundur şirəsi

 

Tərkibi:

2 ədəd doğranmış çuğundur

2 ədəd alma

3 dilim zəncəfil kökü

1 ədəd limon

Hamısının  şirəsini qarışdırıb için. Gündə 2 stəkandan artıq içmək məsləhət deyil. Acqarına içmək olar.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar