Boks yarışı zamanı döyüşçü ölüb
19.06.2017 960 0.0 0

Mütləq Döyüş Çempionatının (UFC) sabiq iştirakçısı Tim Heyq boks yarışı zamanı aldığı zədədən dünyasını dəyişib.

“World Boxing News”a istinadən verilən məlumata görə, 34 yaşlı kanadalı idmançı sabiq amerikan futbolçusu Adam Breydvudla döyüşünün 2-ci raundunda nokaut olduqdan sonra kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb.

Döyüşçünün beyninə qan yayılmasının qarşısını almaq üçün əməliyyat aparılsa da, o, komaya düşüb. Bir müddət sonra isə idmançının ürəyi dayanıb.

Qeyd edək ki, Tim Heyq UFC-də keçirdiyi 34 görüşün 21-də qalib gəldiyi halda, 13-də uduzub./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar