BOK boksu Olimpiya Oyunları 2020-də saxlamağı tövsiyə edib
 
 23.05.2019 546 0
 
 
Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi boks idman növünün Tokioda keçiriləcək 2020-ci il Olimpiya Oyunları proqramında saxlanılmasını tövsiyə edib, lakin həm də Beynəlxalq Boks Assosiasiyasını (AIBA) tanınma statusundan məhrum etməyə çağırıb.
TASS-a istinadən xəbər verilir ki, bu tövsiyə çərşənbə günü BOK İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Bununla belə yaxın Olimpiya Oyunlarından sonra tam tanınma statusu AIBA-ya qaytarıla bilər./Report/
Digər xəbərlər:
Şərhlər




