BMT yeni MƏRKƏZ QURDU - İnsanlar üçün BÖYÜK TƏHLÜKƏ
29.09.2017 788 0.0 0

Birləşmiş Millətlər Təşkilatı süni intellektlə bağlı yeniliklər və onun yarada biləcəyi təhlükələri araşdırmaq üçün Hollandiyada bir mərkəz qurub.

Məlumata görə, Süni intellekt və robotlar adı ilə qurulan mərkəzdə texnologiyanın inkişafının işsizliyə səbəb olacağı risklər araşdırılacaq.

BMT-nin Cinayət və Ədalət Araşdırmaları İnstitutunun strateji məsləhətçisi İrakli Beridzenin açıqlamasında bildirib ki, cəmiyyət qısa zamanda bu yeniliklərə uyğunlaşmadığı halda qeyri-sabitlik yarana bilər.

Süni intellekt bəziləri üçün insanlığın çıxış yolu, kimilərinə görə insanlığın xilas yolu, bəzilərinə görə isə insan irqinin sonunu gətirən bir başlanğıcdır. Bir müddət əvvəl dünyanın ən qabaqcıl 100 robot mütəxəssisi BMT-yə ünvanladıqları məktubda bunları qeyd ediblər:

“Tesla şirkətinin təsisçisi Elon Musk və Guglun süni intellekt şirkəti olan "DeepMind" şirkətinin təsisçisi Mustafa Süleyman öldürmə qabiliyyətinə sahib robotların inkişafı və istifadəsinin qadağan edilməsini tələb edir. Onlar fikirlərini bu robotların yeni bir silah yarışı başlada biləcəyi ilə əsaslandırırlar”.

Süni intellektin insanlığı Üçüncü Dünya müharibəsinə qədər aparacağı ilə bağlı müzakirələrin aparıldığı bu vaxtlarda texnologiyanın bir nemət deyil, təhdid ola biləcəyi narahatlığı artır.

BMT-də yeni yaradılan məqsəd məhz robotların bu istiqamətdəki fəaliyyətini təhlil edəcək. Mərkəzə qeyri-hökumət təşkilatları, biznes qurumları da dəstək verəcək.

Dünya iqtisadi forumuna görə, qarşıdakı illərdə 7.1 milyon iş yerinin ləğv edilməsi təhlükəsi var. Araşdırmaya görə, İngiltərədəki iş yerlərinin 30 faizi ləğv ediləcək.

Qeyd edək ki, artıq şirkət rəhbərləri də süni intellekt və robotlarla bağlı zaman-zaman fikirlərini açıqlayırlar. Almaniyanın ən böyük banklarından olan Deutchenin CEO-su Con Krayn süni intellektin inkişafı ilə bəzi işlərdə insanların sünni intellektlə əvəzlənəcəyini bildirib.

Texnologiya mütəxəssisi Elon Musk isə “süni intellekt qarşımızdakı ən böyük təhlükə” mesajını verib. Stefan Havking isə bu ifadələri işlədib: “Süni intellekt başımıza gələn ən yaxşı şey də ola bilər, ən pis də”./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar