BMT TŞ-da `Skripalın işi` üzrə iclas keçiriləcək
05.04.2018 969 0.0 0

Bu gün BMT Təhlükəsizlik Şurasında Böyük Britaniyanın Solsberi şəhərində baş vermiş insidentlə bağlı iclas keçiriləcək.

 

RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bu barədə BMT-nın mətbuat xidmətindən bildiriblər.

 

İclas Rusiyanın təşəbbüsü ilə baş tutacaq.  Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya Britaniya baş naziri Tereza Meyin Solsberidəki insidentlə bağlı məktubu əsasında Təhlükəsizlik Şurasında açıq iclasın keçirilməsini xahiş edib.

Solsberidə baş verən insidentdən sonra Britaniyanın baş naziri  BMT-nin baş katibinə məktub göndərərək Sergey Skripalın zəhərlənməsinə görə Rusiyanın cəzalandırılmasını tələb edib.

 

Martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

 

Böyük Britaniya hökumətinin qənaətinə görə, onlara qarşı SSRİ-də və Rusiyada hazırlanmış “Noviçok” adlı kimyəvi silah tətbiq edilib. Rəsmi Moskva insidentlə bağlı bütün ittihamları rədd edib.  Sergey Skripal 1999-cu ilə qədər Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində (QRU) çalışıb. 2006-cı ildə Böyük Britaniyaya casusluq üstündə vətənə xəyanət ittihamı ilə həbs edilib və rütbədən məhrum olunub. 2010-cu ildə S. Skripal Rusiya və ABŞ arasında casus mübadiləsi çərçivəsində Britaniyaya göndərilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar