BMT Baş katibi Kiyevdə olarkən şəhərə raket zərbəsi endirilib
29.04.2022 326 0.0 0

BMT baş Katibi Antonio Quterreşin Kiyevə səfəri zamanı şəhərə raket zərbəsi endirilib.

 CNN-ə istinadən verilən xəbərə görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski gündəlik video müraciətində bildirib. Qeyd olunub ki, ötən axşam paytaxta raket zərbələri endirilərkən baş katib Kiyevə səfərini yekunlaşdırmaq üzrə olub.

"Bu gün bizim (Quterreşlər-red.) danışıqlarımız bitdikdən dərhal sonra şəhərə Rusiya raketləri uçdu. 5 raket. Bu Rusiyaın qlobal institutlara qarşı həqiqi mövqeyi, Rusiya rəhbərliyinin BMT-ni və onun təmsil etdiyi hər şeyi alçaltmaq səyləri barəsində çox şey deyir", - deyə Zelenksi bildirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar