BMT Afrindəki əməliyyatı başa çatdırmağa çağırıb
21.02.2018 963 0.0 0

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində apardığı əməliyyatı başa çatdırmalıdır.

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə BMT baş katibi Antoniu Quterreşin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.  

 

“Bu əməliyyatlara son qoyulmalıdır. Döyüşlərin sayı artdıqca köməyə ehtiyacı olan insanlara yardım imkanları azalır”, - deyə o bildirib.    

 

Bundan əvvəl verilən xəbərə əsasən, Türkiyə ordusunun açdığı xəbərdarlıq atəşindən sonra Afrinə doğru irəliləməyə cəhd edən Əsəd yönümlü hərbi dəstələr geri çəkilib.

 

Türkiyə artilleriyasının zərbələrinə tuş gələn hərbi dəstələr Afrinin 10 kilometrliyində dayandırılıb. 

 

Qeyd edək ki, Türkiyə Baş Qərargahı yanvarın 20-də Suriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatın məqsədinin bölgənin PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar