Bir neçə dəqiqəqən sonra `2012 TC4` asteroidi Yer kürəsinin yanından keçəcək
12.10.2017 1134 0.0 0

Bu gün "2012 TC4" asteroidi Yer kürəsinin yaxınlığından keçəcək.

“Report” “RT”-ə istinadən xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Məlumata görə, asteroid Yer kürəsinin yanından keçəndə onunla planetimiz arasında məsafə Yer kürəsi ilə Ay arasında olan məsafənin onda birini təşkil edəcək.

NASA-nın qənaətinə görə, göy cismi ilə Yer kürəsi arasında məsafə 42 min km olacaq. Bu, planetimiz üçün təhlükəsizdir.

Qeyd edək ki, bundan fərqli olaraq ötən ay Yer kürəsinin yaxınlığından keçən və bütün müşahidələr dövründə ən iri asteroid sayılan "Florence" ilə planetimiz arasında təhlükəli məsafə var idi. 

 

Qazeta.info əlavə olaraq bildirir ki, Asteroid yerli vaxtla səhər saat 9-a qalmış, 9-da Yerə ən yaxın nöqtədən keçəcək. Asteroidin keçidinin səhər saatlarında teleskop vasitəsilə müşahidə etmək mümkün olacağı bildirilir


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar