Bir ayın əsgəri vəfat etdi
02.03.2015 695 0.0 0

Əsgər xəstəlikdən vəfat edib.

Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edən 28.08.1990-cı ildə anadan olmuş, 07.01.2015-ci ildə Qusar rayonundan hərbi xidmətə çağırılmış əsgər Pərvanəyev Vicay Gülmət oğlu ilkin araşdırmaya əsasən kəskin ürək və tənəffüs çatışmazlığı səbəbindən martın 2-də vəfat edib.
Hazırda məhkəmə-tibb ekspertizası araşdırma aparır. 
Hərbi Prokurorluq tərəfindən fakt üzrə cinayət işi başlanılıb.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar