Bir atəşlə dünya rekordunu qırdı
19.06.2015 735 0.0 0
Kamprianinin həyat yoldaşı Petra Zublasinq əminliklə qızılı aldı

Dünyanın iki nömrəli oyunçusu Petra Zublasinq (İtaliya) Bakı 2015-də atıcılıq üzrə qadınlar arasında ilk qızıl medalı qazanıb. 

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, qadınların çıxışını izləməyə gələnlər arasında bir gün əvvəl gümüş medal qazanmış Nikola Kampriani da vardı. Bu da təsadüfi deyildi. Çünki Zublasinq və Kampriani altı ildir ki, bir yerdədirlər. Onlar bazar ertəsi qarışıq komandada 10m məsafədə hava tüfəngi ilə atəş yarışlarına başçılıq edəcəklər.

Keçən il qarışıq yarışlarda biz eyni komandada deyildik. O qalib olmuşdu, mən uduzmuşdum. Uzun müddət birlikdə olmağımıza baxmayaraq, fərqli xarakterlərimiz var. Mən daha hirsliyəm, Nikola isə mühafizəkardır. Elə ona görə biz yaxşı cütlüyük, çünki bir-birimizi tamamlayırıq.-Petra Zublasinq

Onun rəqiblərindən biri, gümüş medalçı Lorens Briz (FRA) olub. Zublasinq ondan 10.1 xal ilə irəlidə idi. Briz iki ay əvvəl ana olub.  O, Fransa üçün 2016 RİO oyunlarında kvota yerini tutmaqda iddialıdır: 

İki ay əvvəl uşağa görə yarışları və məşqləri dayandırmışdım. Bakıya gəlməmişdən əvvəl məşqlərə yalnız bir ayım var idi. Mən hədəfi nişan aldıqda körpəm haqqında fikirləşmirəm, amma o, mənim ürəyimdədir. Sadəcə, çox rahat oluram və atəş açıram. Sonra isə onun haqqında düşünür və deyirəm ki, bunu körpəmə həsr edirəm.-Gümüş medalçı Lorens Briz

Zublasinq uzanaraq  15 atəş mərhələsində ikinci yerdədir. O, beş mərhələnin üçündə irəli çıxaraq üstünlüyünü göstərmiş oldu və 6.3 xalla ayaqüstə atəş mərhələsində yüksək səviyyəni əldə etdi.

Zublasinqin 464.7 atəş xalı finalda ən yüksək nəticə oldu və 1.4 xalla dünya rekordunu yenilədi. 463.4 xal keçən ay Çanq Cinq (CHN) tərəfindən ABŞ-da Fort Beninqdə Dünya Çempionatı görüşündə təyin olunmuşdu.

Dünya çempionu Bet Qoss (GER) finala çox zəif başladı və ilkin seçmə mərhələsində yalnız beşinci olaraq yer tuta bildi. 

Bürünc medal Olivi Hofmana (AUT) qismət oldu. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar