«Binada yanğın yalnız bir nöqtədə başlayıb» (VİDEO)
25.05.2015 766 0.0 0

Baş nazirin müavini Abid Şərifov ötən həftə baş vermiş faciəvi yanğın barədə ANS TV -nin efirində gedən "Hesabat verlişində  danışıb.Qazeta.infi həmin verliş oxucuların diqqətinə təqdim erir.

Prezident İlham Əliyev hər şeyi etdi ki, insanların dərdi yüngülləşsin, məsələni araşdırmaq üçün komissiya yaratdı və baş nazirin müavini Abid Şərifovu bura sədr təyin etdi. Abid Şərifov indi bir çox suallara cavab verməli olur. Təəssüf ki başqalarının da yerinə.

- Prezidentimizin dediyi kimi hamımız Azərbaycanda yaşayırıq. Hamımız bilirik ki, nə, necə olur və harda olur və sair və ilaxır. Yəni doğurdanmı böyük masştabda işlər görürük, binaların fasadı dəyişdirlir, özü də ki, Bakının mərkəzi küçələrində, hamının gözünün qabağında. Və bütün bunların hamısı müqaviləsiz olunur. Axı biz bilirik ki, bir dənə mıxı da vurmaq üçün mütləq kiminsə icazəsini almaq lazımdır. Daşı nəyin üstünə qoyursan az qala Bakının müəssisələrində tutmuş gəmricilərlə mübarizə təşkilatına qədər. Sahə müvəkkiləri, sanitar-epidemioloji satansiya, kimlər, kimlər... gəlib soruşur ki, xeyir ola burda neynirsiz? Bu necə olur? Doğurdan da bunlar bunu xeyiriyyəçilk kimi bəlkə ediblər. Bəlkə göylərdən gəliblər. Mələklər eniblər biz görməmişik. Bütün bunların siz cavabını bilirsizmi? 

- Sözün doğrusu keçirilən müşavirədə eşitdim ki, müqavilə var, yoxdur. Sözsüz ki, cənab prezident də öz tapşırığını verdi ki, bunlar araşdırılmalıdır. Müqavilə hansı hallarda ola bilər, hansı hallarda ola bilməz siz dediyiniz kimi. Məsələn, hesab edək ki, mən bir şirkətin rəhbəriyəm. Rəhbər kimi mənə tapşırılır ki, hər hansı bir evə kömək et. Burada da yalnız bir və iki evdən söhbət gedə bilər. Belə olan halda mən özüm-özümlə müqavilə bağlaya bilmərəm. Bu variantlardan biri ola bilər. Burda müqaviləyə ehtiyac duyulmur, çünki yardım göstərirəm. Yalnız yazışmada yardım göstərildiyim qeyd olunur. Mən hazırda bu suala cavab verməyə hazır deyiləm. Müəyyən bir vaxt lazımdır. Sizə söz verirəm ki, növbəti görüşlərimizdə bu suallarınıza ətraflı cavab verəcəm. 

- Biz necə əmin ola bilərik ki, Avropa Oyunları üçün tikdiyimiz komplekslərin hamısı ilə müqavilə bağlamışıq. Aparılan tikintilərin hamısı ilə müqavilə var?

- Əvvəla Avropa Oyunları üçün inşa olunan bütün obyektlər dövlət büdcəsindən maliyyələşdirilir. Orda hər hansı bir yardımdan nədən, nədən söhbət gedə bilməz. Avropa Oyunları ilə əlaqədər istər keçmişdə, istərsə də yeni inşaa olunan obyektlərin hamısı ən müasir standartlara uyğun ekspertiza olunur. Eləcə də Avropa standartlarına uyğun yoxlanılır, testlər keçirilir. Bu obyektlər çox ciddi nəzarət altındadır. 

- Bilmirəm bəlkə mənim müşahidələrim yanlşıdır. Mənə elə gəlir ki, bizim bu yanğınsöndürənlərimizin istifadə etdiyi avadanlıqlar çox hüdür yerlərə çatmır.

- FHN-nin istismarında ən müasir standartlara cavab verən ən yüksək texnikalar var. Burda əsas məsələ nədən ibarətdir. Hazırda FHN-nin istismarında 90 metrə qalxan lülkalar var. Kran, yanğınsöndürən həmçinin. Ançaq bu bina yanırsa və lülka buna yaxınlaşa bilmirsə, o zaman yanğınsöndürən bu an nə edə bilər? Yanğın zamanı bizim yanğınsödürənlərimiz çox fədakarlıq göstərdilər. Məhz cənab prezident də onları bu fədəkarlığını çox yüksək bir şəkildə qiymətləndirdi. Həmin vaxt yanğınsöndürənlər odun içinə girdilər. Nəticədə 35 nəfər insanı xilas etdilər. Nəzərə almaq lazımdır ki, orda vəziyyət çox gərgin idi. 60 metrdən 5 kub suyu birdən binanın üstünə buraxasan. Hesab edin ki, 5 ton ağırlığında olan bir daşı harasa atırsız. Çox yaxşı ki, həmin gün hava küləkli idi. Helikopterdən atılan su havadan yayılırdı. Əgər külək olmasaydı bina çox ciddi zədə alacaqdı. Tam məsuliyyətimlə deyirəm ki, iş yüksək səviyyədə həyata keçirilib. 

- Komissiya səviyyəsində aparlan araşdırmalar nəticəsində heç olmasa yanğının eyni vaxtda bir yoxsa bir neçə nöqtədən baş verdiyi müəyyənləşdirilbmi?

- Yanğın yalnız bir nöqtədə baş verib. 15 mərtəbəli bina ilə ona bitişik mərtəbədə baş verib. Amma hansı səbəbdən baş verdiyi isə araşdırılır. Bunula bağlı Fövqəladə Hallar Nazirliyi, Prokurorluq və Daxili İşlər Nazirlyinin ekspertləri birgə araşdırlar. Yəqin əsaslandırlmış bir şəkildə rəy verəcəklər. Milli Təhlükəsizlik Nazirliyin tədbirdə iştirakın agəlincə isə bu əsas terror versiyası nəzərdən keçirilirdi. Məhz o məqsədlə tədbirə Milli Təhlükəsizlik Nazirliyin tədbirdə iştirak etməsi təbi idi, /anspress/



Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar