Binəqədidə ötən il yanmış binada yenidən yanğın olub
15.08.2016 1307 0.0 0

Bakının Binəqədi rayonunda ötən il mayın 19-da yanğın baş vermiş 16 mərtəbəli yaşayış binasında yenidən yanğın hadisəsi baş verib.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, dərhal hadisə yerinə 4 yanğınsöndürən maşın və polis əməkdaşları gəlib.

Yanğının binanın 15-ci mərtəbəsində, mənzil 26 ünvanında baş verdiyi bildirilir. Hadisənin mənzildəki paltaryuyan maşında baş verən saqapanmanın səbəb olduğu deyilir.

Yanğın bu gün saat 20.00 radələrində baş verib. Hadisə vaxtı mənzil sahibi evdə olmayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar