Biləsuvarda yanğın olub: uşaq ölüb, ananın vəziyyəti ağırdır
17.06.2017 668 0.0 0

Biləsuvar şəhərində evdə yanğın olub, ana və uşağı yanıb. Məlumata görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, iyunun 16-da saat 17 radələrində Biləsuvar şəhərində Natiq Aslanova məxsus evdə yanğın baş verib.

Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti alan N.Aslanovun arvadı Gülnar Məmiyeva və oğlu, 8 yaşlı Ümid xəstəxanaya yerləşdiriliblər. Uşaq orada ölüb, G.Məmiyevanın vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar