Biləsuvarda poçtun seyfi oğurlanıb
10.03.2018 926 0

Biləsuvar rayonunda poçtdan oğurluq olub.
Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, oğurluq hadisəsi rayonun Ağalıkənd kəndində qeydə alınıb. Belə ki, axşam saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən kənd ərazisində yerləşən poçt şöbəsindən seyf oğurlanıb.
Həmçinin həmin günü kənddə yerləşən ərzaq dükanından da oğurluq edilib.
Hazırda hər iki faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Digər xəbərlər:
Şərhlər