Biləsuvarda ağır qəza baş verib, ölən və yaralananlar var
20.09.2017 676 0.0 0

 

Biləsuvarda baş verən ağır yol qəzası nəticəsində 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Məlumata görə, hadisə Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili və "KamAZ" markalı yük maşınının toqquşması nəticəsində 4 nəfərin öldüyü və bir nəfərin xəsarət aldığı bildirilir. 

 

Məlumata görə, yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili ötmə manevri edərkən əks hərəkət zolağına çıxıb, lakin idarəetməni itirərək yol kənarında duran "KamAZ" markalı yük maşınına çırpılıb.    

 

Hadisə yerinə Biləsuvar və Salyan rayonlarının təcili tibbi yardım stansiyasının əməkdaşları çağırılıb. Ölən şəxslərin Lənkəran sakinləri olduğu bildirilir. 

 

Ölən və xəsarət alan şəxslərin kimliyi və qəzanın digər  təfərrüatları müəyyənləşdirilir.  /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar