Beyninizi məşq etdirmək üçün TEST
24.07.2017 813 0.0 0

Qazeta.info Ailem.az-a əsasən beyninizi məşq etdirmək üçün sizə maraqlı bir test təqdim edir.

Bu test məşhur fizikaçı Albert Eynsteyn tərəfindən tərtib olunub və dünya əhalisinin sadəcə 2%-i tərəfindən həll edilə biləcəyi düşünülür.

 

QEYD: Bu suallar tamamən məntiqlə həll olunmalıdır, içərisində heç bir aldatmaca yoxdur.

 

Suallar:

 

1. 5 dənə fərqli ev var və bunların hamısı fərqli rənglərdədir

2. Bu evlərdə yaşayan insanlar hamısı fərqli millətlərin nümayəndəsidirlər

3. Bu adamların hər biri fərqli içki içir, fərqli heyvan saxlayır və fərqli marka siqaret çəkirlər

 

Bunlardan hansı millətin nümayəndəsi balıq bəsləyir?

 

İpucları:
 

1. İngilis qırmızı rəngli evdə yaşayır

2. İsveçli it saxlayır

3. Danimarkalı çay içir

4. Ağ evin solunda yaşıl ev var

5. Yaşıl evin sahibi isə qəhvə içir

6. Quş saxlayan adam Pall Mall markalı siqaret çəkir

7. Sarı evin sahibi Dun Hill markalı siqaret çəkir

8. Ortadakı evdə yaşayan insan süd içir

9. Norveçli ilk evdə yaşayır

10. Pişik saxlayan insanın evinin yanında yaşayan adam Blend markalı siqaret çəkir

11. Dunhill marka siqaret çəkən insanın evinin yanındakı evdə yaşayan adam at saxlayır

12. Blue master siqaret çəkən insan həmdə pivə içir

13. Alman prince markalı siqaret çəkir

14. Mavi evin yanındakı evdə Norveçli yaşayır

15. Blend marka siqaret çəkən insanın qonşusu su içir


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar