Beynəlxalq təşkilatdan Qarabağ haqda maraqlı qərar
09.03.2015 738 0.0 0

“Avropa Şurasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yenidən ciddi səylə araşdırılmasına başlanılır”.

Qazeta.info bildirir ki, bunu mətbuata açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

S. Seyidov qeyd edib ki, AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Volter martın 12-13-də Azərbaycana faktaraşdırıcı səfəri də məhz bu ciddi səylərin əsasında həyata keçirilir: “Nə qədər ermənilər buna qarşı çıxsalar da, əngəlləməyə çalışsalar da Dağlıq Qarabağ münaqişəsi Avropa Şurasında yeni ciddi səylə araşdırılmağa başlanılıb, gündəmə gətirilib”. S. Seyidov qeyd edib ki, qurum problemi yenidən yerində araşdırmaqda maraqlıdır. Qeyd edək ki, AŞPA Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Volter martın 12-13-də Azərbaycana faktaraşdırıcı səfər edəcək.

Əlavə olaraq bildirək ki, Azərbaycan Respublikası 19 ildir ki, Avropa Şurasının üzvüdür.Lakin Azərbaycanla Avropa Şurası arasında əlaqələrin tarixi sırf Qarabağla əlaqədar məsələ ilə start götürərək 1992-ci ildən başlamışdır.

Belə ki, 24 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının Parlamenti «xüsusi dəvət edilmiş qonaq» statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir. 1994-cü il noyabrın 10-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan-Ermənistan cəbhəsində atəşkəsin əldə edilməsi ilə bağlı məmnunluq hisslərinin ifadə olunduğu 1047 (1994) saylı qətnamə qəbul etmişdir.

Bu baxımdan da, AŞPA Azərbaycan  münasibətlərin az qala 23 illik bir müddəti əhatə etməsi və ən əsası da Azərbaycanın AŞPA və digər beynəlxalq təşkilatlarda ilk növbədə Qarabğ probleminin həlli istiqamətində müsbət və yekun nəticələr əldə etməyə çalışmasına baxmayaraq, AŞPA-nın Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin yenidən ciddi səylə araşdırılmasına başlamaq haqda qərar qəbul etməsi çox maraqlıdır. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar