«Ben Bilmem Eşim Bilir»də azərbaycanlılar (VİDEO)
11.05.2015 1036 0.0 0

Bu gün Türkiyənin tanınmış yarışma proqramında Azərbaycan gecəsi yaşanacaq. 

Məlumata görə, Kanal D-nin ən baxılan verilişi "Ben Bilmem Eşim Bilir"də Azərbaycanlı cütlüklər qonaq olacaq. Onlardan biri də Azərbaycanın dövlət televiziya şirkəti - AzTV-nin “Xəbərlər” proqramının aparıcısı Vüsalə Səiddir.

Dörd cütlük müxtəlif yarışlarda iştirak edərək əsas mükafat olan avtomobil uğrunda mübarizə aparacaqlar. 

Azərbaycana özəl veriliş Türkiyə vaxtı ilə 20:00-da (Bakı vaxtı 22:00) yayımlanacaq. 

Qeyd edək ki, artıq verilişin anonsu da yayılıb. Anonsdan da göründüyü kimi azərbaycanlı iştirakçılar verilişdə əyləncəli anlar yarada biliblər. 

Onlar aparıcıya Azərbaycanın milli geyimini hədiyyə edib, studiyada isə rəqqaslarımızın ifasında milli rəqslərimiz nümayiş edilib, yanıltmaclar deyilməyə cəhd edilib. /anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar