Belə davam edərsə rubl üçün sonuncu dayanacaq olmayacaq
28.02.2022 143 0.0 0

Qərb ölkələrinin yeni sanksiyaları fonunda Rusiya rublu ciddi şəkildə dəyərsizləşib.

Qazeta.info xəbər verir ki, bu açaıqlama ilə Milli Məclisin deputatı Vüqar Bayramov çıxış edib.

V.Bayramov hesab edir ki, Rusiya valyutası ABŞ puluna nisbətən psixoloji həddi keçərək 1 dollar 105 rubl məzənnəsinədək ucuzlaşıb. Görünən isə odur ki, müharibə davam edərsə və sanksiyalar genişlənərsə bu rubl üçün sonuncu dayanacaq olmayacaq.

Digər tərəfdən, Rusiyada dollara tələbin artması xarici valyuta qıtlığı yaradacaq. Artıq, demək olar, bütün Rusiya banklarının qarşısında uzun növbələr müşahidə olunur. Vətəndaşlar banklardan pullarını götürməyə çalışırlar. Bu isə Rusiyanın bank sektoru üçün ciddi neqtaiv nəticələrə səbəb ola bilər.

Rusiyanı SWİFT-dən uzaqlaşdırmaq ilə bağlı qərardan sonra bu ölkənin maliyyə sektoru sankisyalara daha kəskin reaksiya verməkdədir. Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulması ilə bağlı qərar qəbul ediləcəyi halda isə bu rublu ciddi silkələyə bilər.

Savaşın başlamasından 5 gün keçməsinə baxmayaraq Qərbin sankisyaları Rusiya iqtisadiyyatına artıq ciddi təsirlər göstərməkdədir. Görünən odur ki, bu mühairbə Rusiya iqtisadiyyatı üçün heç də ucuza başa gəlməyəcək. Artıq Rusiyalı 2 milyarder müharibənin dayandırılması ilə bağlı müraciət edib. Biznes yeni sanksiyalar dalğasından ciddi şəkildə ehtiyatlanmaqdadır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar