Bazarlarda bahalaşan və ucuzlaşan kənd təsərrüfatı məhsulları-Siyahı
16.09.2015 696 0.0 0

Avqust ayında heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,5 faiz bahalaşmış, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,9 faiz ucuzlaşmışdır. Ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz bahalaşıb. 
 

Qazeta.info Statistika Komitəsinin məlumatına əsasən bildirir ki,  birillik bitkilərdən buğdanın, lobyanın, qarpız və yemişin, bibərin, xiyarın, badımcanın, kartofun istehsalçı qiymətləri ucuzlaşmış, arpanın, baş sarımsağın, göyərtinin, çuğundurun, pomidorun, baş soğanın, quru otun istehsalçı qiymətləri bahalaşmış, digərlərinin isə qiymətləri sabit qalmışdır. 
Ay ərzində çoxillik bitkilərdən şaftalının istehsalçı qiyməti bahalaşmış, əncirin, almanın, armudun, gavalının, göyəmin, alçanın, zoğalın, çay yarpağının istehsalçı qiymətləri isə ucuzlaşmışdır. Digər çoxillik bitkilərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. 
Heyvandarlıq məhsullarından südün, qoyun və keçilərin, onların yuyulmamış yununun istehsalçı qiymətləri ucuzlaşmış, balın, mal və quş ətinin, yumurtanın istehsalçı qiymətləri isə bahalaşmışdır. 


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar