BAZARDA HANSI MƏHSULLAR BAHALAŞIB?
05.02.2015 1199 0.0 0

2015-ci ilin yanvar ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

Qazeta.info Statistika Komitəsinə istinadən bildirir ki, 2015-ci ilin yanvar ayında 2014-cü ilin dekabrına nisbətən ərzaq məhsullarının qiymətləri 0,4 faiz bahalaşmış, qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri dəyişməmiş, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,2 faiz bahalaşmışdır. 
Ay ərzində mal, qoyun və toyuq ətinin, yumurtanın, qarğıdalı yağının, balıq məhsullarının, limonun, portağalın, bananın, göyərtinin, çuğundurun, kökün qiymətlərində ucuzlaşma, düyünün, buğda ununun, qarabaşaq yarmasının, kolbasa məmulatlarının, zeytun yağının, süfrə marqarininin, almanın, armudun, heyvanın, narın, xurmanın, üzümün, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, kartofun, soğanın, sarımsağın, çayın, şəkərin, duzun qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar