Bayram günlərinə Hava məlumatı
19.03.2015 668 0.0 0

 

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirirki, Bakı və Abşeron yarımadasında,

Martın 20-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. 
Havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Martın 20-də arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir. 

 

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirirki, Bakı və Abşeron yarımadasında,
 

Martın 21 də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Cənub şərq küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 2-4, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. 
Azərbaycanın rayonlarında
Martın 21 hava şəraitinin səhər və axşam bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Şərq küləyi əsəcək. 
Havanın temperaturunun gecə 0-4, gündüz 7-12, bəzi yerlərdə 17 dərəcəyədək isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi yerlərdə 12 dərəcəyədək isti olacağı gözlənilir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar