Baş Qərargah rəisindən şok açıqlama: O ölkə yox olacaq
27.05.2015 996 0.0 0

İran Baş Qərargah rəisi general Həsən Firuzabadi Yəmən məsələsi ilə bağlı danışıb.

IRNA agentliyinə istinadən verdiyi məlumatına görə, Dezful şəhərindəki bir mərasimdə danışan Firuzabadi Səudiyyə Ərəbistanının Yəmənə hücumunu "Səud xanədanlığının qürurundan" qaynaqlandığını deyib.

Firuzabadi ərəb ölkələrinin həyata keçirdiyi əməliyyatda ABŞ-ın təsiri olduğunu söyləyib: "ABŞ illərdir bölgədə bir çox təxribatlar edib. Hər dəfə də xalqların müqaviməti qarşısında məğlub oldu. Biz heç bir ölkədə müharibə istəmirik. Ancaq İslami dəyərləri və dünya məzlumlarını müdafiə etməyə hazırıq". 

Firuzabadinin sözlərinə görə, Səudiyyə Ərəbistanının Yəmənə hücumu bu ölkə xalqına böyük zülmdür: "Bu zülm Səudiyyə Ərəbistanının yox olmasına səbəb olacaq". 

Qeyd edək ki, husilərin Yəməndə hakimiyyəti devirəndən sonra Səudiyyə Ərəbistanının rəhbərliyi altında 10 ərəb ölkəsinin yaratdığı hərbi koalisya Yəmənə qarşı əməliyyata başlayıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar