Baş Prokurorluq məlumat yaydı
13.03.2022 559 0.0 0

 

 

 

 

 

 

 

 

 

 

 

"Süni ajiotaj yaratmaq məqsədilə dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış informasiyaların, səs , foto və videogörüntülərin yayılması qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur."

Qazeta.info xəbər verir ki, bu sözlər Respublika Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatında qeyd edilib.

Məlumatda qeyd edilir ki,son günlər bəzi media vasitələri və sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus müxtəlif texnikanın hərəkətini və dislokasiyanı guya əks etdirən, həqiqətə uyğun olmayan video, fotolar və digər informasiyalar yayılır.

Süni ajiotaj yaratmaq məqsədilə dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış bu cür informasiyaların, səs yazılarının, foto və videogörüntülərin yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etməklə diqqətə çatdırır ki, qeyd olunan neqativ hallara yol vermiş şəxslər barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar