Baş nazir-Bolqarıstan Azərbaycan qazı hesabına qaz qovşağını yaradacaq
10.03.2015 683 0.0 0

Layihənin reallaşdırılmasına Almaniyanın XİN rəhbəri yardım edəcək Bakı.  Bolqarıstan bu ölkənin bəzi yataqlarından, o cümlədən Yunanıstandakı interkonnektor və Azərbaycandan nəql olunacaq qazın hesabına qaz qovşağı yaratmaq niyyətindədir. Bolqarıstan mətbuatına istinadən xəbər verilir ki, bunu adıçəkilən ölkənin baş naziri Boyko Borisov Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüşündən sonra bildirib. "Nazir Ştaynmayer yaratmaq istədiyimiz qaz qovşağının xəritəsini özü ilə apardı. Həmkarım reallaşdırmaq istədiyimiz layihələrlə bağlı bizə nəinki Almaniyada, həmçinin Avropada yardım edəcəyinə dair öz üzərinə öhdəlik götürüb", - deyə B. Borisov bildirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar