Baş nazir: `ABŞ-ın ağlını başına yığması lazımdır`
12.02.2018 795 0.0 0

“ABŞ-ın ağlını başına yığması lazımdır”.

NTV-yə istinadən xəbər verilir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Afrində keçirilən “Zeytun budağı” antiterror əməliyyatı barədə danışarkən deyib.

“Heç bir bazarlıq etməyəcəyik. Afrini terrorçulardan təmizləyəcəyik. “Fərat qalxanı” ilə Münbic-Azez arasını terrordan təmizlədiymiz kimi Afrini də terrorçu qruplaşmalardan xilas edəcəyik. Terror bizim üçün ən təhlükəli bəladır. Amerikanın ağlını başına yığması lazımdır. Baş verənlərin dövlət maraqları ilə uyğun gəlmədiyini görməzsiniz, o zaman biz terror təhlükəsini sona çatdırmaq üçün lazım olan addımları atarıq. Heç kimin icazəsinə ehtiyacımız yoxdur. Beynəlxaq hüququn bizə verdiyi bütün səlahiyyətlərdən axıradək istifadə edəcəyik”, - deyə baş nazir vurğulayıb. /report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar