BANM-də xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib
05.10.2015 616 0.0 0

 

   Bakı Ali Neft Məktəbində Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı, hüquq elmləri doktoru Çingiz Abdullayevin tələbələrlə görüşü təşkil olunmuşdur.

Qazeta.info SOCAR-a istinadla bildirir ki, BANM-nin rektoru Elmar Qasımov tələbələrin dünyagörüşünün və mütailəyə olan maraqlarının artırılması, intellektual səviyyələrinin yüksəldilməsi, Azərbaycanın dünya şöhrətli yazıçısını daha yaxından tanımaq məqsədilə keçirilən görüşün əhəmiyyətli olduğunu vurğulamışdır. Çıxış edən Çingiz Abdullayev görüşün təşkil edilməsinə görə BANM-in rəhbərliyinə təşəkkürünü bildirmişdir. Ç.Abdullayev tələbələrə yaradıcılığının maraqlı məqamları, həyat təcrübəsi haqqında danışmış, Azərbaycan və dünya ədəbiyyatından sitatlar gətirmiş, gəncləri bədii ədəbiyyat oxumağa dəvət etmişdir. Tanınmış yazıçı tələbələrə öz tövsiyyələrini vermiş və onların suallarını cavablandırmışdır. Sonda Çingiz Abdullayevə BANM-in “Fəxri qonaq” diplomu təqdim olunmuş, o, gənc oxucularının kitablarını imzalamışdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar