Banklarda hesabların açılması qaydaları dəyişir
18.08.2017 597 0.0 0

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın yeni layihəsini hazırlayıb.

 

Azərbaycan Banklar Assosiasiyasından (ABA) verilən məlumata əsasən, layihədə bank hesablarının açılması və rəsmiləşdirilməsi prosedurlarına və hesablara, eləcə də hesablar üzrə aparılan əməliyyatlara davamlı nəzarət qaydalarına dəyişikliklər edilməsi nəzərdə tutulub. Həmçinin, qaydalara yeni anlayışlar da daxil edilib.

 

Qeyd edək ki, layihədə hesabın açılması üçün tələb olunan sənədlərdə ciddi dəyişiklik nəzərdə tutulmayıb.

 

Qaydaların yenilənmiş layihəsi banklar tərəfindən nəzərdən keçirilməsi üçün ABA-ya ünvanlanıb. Layihə ilə bağlı təkliflər hazırlandıqdan sonra ABA tərəfindən MBNP-na təqdim edilməsi planlaşdırılır./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar