Balidə fövqəladə vəziyyət rejimi dekabrın 10-dək uzadılıb
30.11.2017 724 0.0 0

İndoneziyanın Bali adasının rəhbərliyi Aqunq vulkanın püskürməsi səbəbi ilə fövqəladə vəziyyət rejimini dekabrın 10-dək uzadıb.

TASS-a istinadən xəbər verilir ki, eyniadlı vilayətin qubernatoru Meyd Manqku Pastike qarşıdakı günlərdə ciddi kül püskürməsi təhlükəsinin qaldığını bildirib.

Eyni zamanda İndoneziya Mülki Aviasiya İdarəsi xarici turistlər arasında məşhur olan qonşu Lombok adasında da aeroportun bağlanması barədə məlumat verib. Məlumata görə, reyslər dekabrın 1-dək təxirə salınıb.

Təbii fəlakətlərin qarşısının alınması üzrə Agentliyin rəsmi nümayəndəsi Sutopo Nuqroho sutka ərzində kül püskürməsinin təxminən 2 km hündürlükdə olduğunu, kraterdən 10 km radiusda təhlükəli zona olduğunu söyləyib. Onun sözlərinə görə, hazırda yaxınlıqdakı ərazilərdən 43 min insan evakuasiya edilib, adada təxminən 100 min nəfər adam var./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar