Bakıya giriş qadağası, maşınlar burda dayanacaq - RƏSMİ
29.05.2015 748 0.0 0

İyunun 1-dən rayon dövlət nömrəli avtomobillərin Bakı şəhərinə girişi qadağan ediləcək.

Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov  məlumat verib.

Yeni qərara görə, rayon qeydiyyatı olan avtomobillər üçün paytaxtın iki girişində xüsusi dayanacaqlar yaradılıb.

Bakı-Sumqayıt yolundan istifadə edənlərə Ər-Riyad ticarət mərkəzinin həyətində, Şamaxı istiqamətindən gələnlərə Müşfiq postunun yaxınlığında, Bakı-Kürdəmir və Bakı-Astara istiqamətlərindən gələn sürücülər üçün isə Ələt yolunun 14-cü km-də sahə ayrılıb. Dayanacaq pulsuzdur.

Rayondan gələn vətəndaş maşınını həmin dayanacaqda saxlayacaq və Bakıya gələcək. Həmin prosesə yol polisi nəzarət edəcək.

Yol polisindən isə bildirdilər ki, vətəndaşların rahatlığını təmin etmək üçün hər şey yaradılacaq. Yəni həmin dayanacaq yaxınlığında xüsusi nəqliyyat olacaq ki, paytaxta gələn vətəndaşlar əziyyət çəkməsinlər. Dayanacaqda sərfəli qiymətə yük daşımaq üçün maşınlar və taksilər rayon camaatına xidmət göstərəcək.

Nəzərə alsaq ki, yay mövsümündə rayonlardan Bakıya meyvə-tərəvəz yük maşınları ilə gətiriləcək, bu zaman nəqliyyat problemi yarana bilər. Bu problemin qarşısını almaq üçün yol polisi xüsusi nəzarət həyata keçirəcək. Paytaxta meyvə-tərəvəz, qida məhsulları gətirən avtomobillər yalnız gecə saatlarında hərəkət edə bilərlər.

Gecə saatlarında, saat 22-dən səhər saat 5-ə qədər qida, dərman və təcili gətirilməsi lazım olan məhsulları daşıyan yük maşınları Bakıda hərəkət edə biləcəklər. Həmin saatlarda gətirilən məhsullar bazarlara, dükanlar və apteklərə daşınacaq./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar