Bakının məhşur otellərinin birində yanğın
14.04.2015 638 0.0 0

Qazeta.info Fövqaladə Hallar Nazirliyinə istinadla bildirir ki, Bakı şəhəri, Nərimanov rayonunda "TİTANİK" otelində yanğın hadisəsi baş verib.

Məlumata görə ümumi sahəsi 1350 kv.m olan üçmərtəbəli "TİTANİK" otelinin 1-ci mərtəbəsində yerləşən, sahəsi 30 kv.m olan saunanın yanar konstruksiyaları yanıb. Yanğın zamanı otelin yuxarı mərtəbələrindən 20 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilmiş, 10 nəfər təxliyyə olunmuşdur. Otelin qalan hissəsi və saunaya bitişik tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar