Bakının iki rayonunun su təchizatı məhdudlaşdırılır
20.06.2017 695 0.0 0

Bakının Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qazeta.info "Azərsu” ASC -nin mətbuat xidmətinə istinadla bildirir ki, Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun və Mərdanov qardaşları küçələrindən keçən magistral su kəmərlərinin köçürülməsi ilə əlaqədar 21 iyun 2017-ci il tarixində saat 09:00-dan 15:00-dək  Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar