Bakının bu yaşayış məntəqələrində su olmayacaq
04.03.2016 553 0.0 0

 Bu gün Bakının bəzi hissələrində içməli suyun verilişində məhdudiyyət yaranacaq.
 
“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Maştağa və Ramana anbar komplekslərini birləşdirən yeni magistral su kəmərinin (1020 mm diametrli) sistemə qoşulması işləri ilə əlaqədar martın 4-də gün ərzində Şuşa məcburi köçkün şəhərciyinə, Zabrat qəsəbəsinin şərq hissəsinə, Ramana Südçülük Sovxozu adlanan əraziyə, Aeroport yolunun sağ və sol hissələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar