Bakının bu ay bağlı olacaq yolları (siyahı)
02.06.2015 707 0.0 0

Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar paytaxtın bəzi yol və prospektləri bağlanır. 

Məlumata görə, iyunun 30-na qədər 5 küçə bütünlüklə avtomobillərin hərəkəti üçün bağlı olacaq.

Bağlanacaq küçələrdən ancaq həmin əraziya giriş üçün icazəsi olan şəxslər buraxılacaq. Həmin icazə isə qeyd edilən ünvanlarda yaşayan vətəndaşlara verilib.

Bakıda bağlanan yollar:
Mehdi Hüseyn küçəsi.
Teymur Elçin küçəsi.
Lermantov küçəsi.
Xanlar küçəsi.
Qurban Abbasov küçəsi.

Lermontov küçəsinin giriş və çıxışında yol polis patrulları növbə çəkəcəklər. Mehdi Hüseyn küçəsində isə yol polisilə bərabər Bakı Avropa Oyunları Təşkilatının nümayəndəsi növbədə olacaq. 

Qeyd edək ki, iyunun 12-də oyunlara açılışla əlaqədar mərkəzi küçələrdən bəziləri də bağlanacaq. Həmin gün Mehdi Hüseyn küçəsi, Şeyx Şamil küçəsi, Bünyad Sərdarv küçəsi, Həsən Seyidbəyli küçəsi, Heydər Əliyev prospekti, Ziya Bünyadov prospekti (Olimpiya Stadionu ərazisinə yaxın olan sahə) vətəndaşların girişi üçün məhdudlaşdırılacaq./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar