Bakıda zəncirvari qəza-18 maşın toqquşdu
02.04.2015 660 0.0 0
Bakının Yasamal rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib, 18 maşın toqquşub, xəsarət alan var.

 

Qazeta.info APA-nın  verdiyi xəbərə istinadla bildirir ki, Əsəd Əhmədov küçəsində baş verən qəzaya səbəb daşla yüklü ZİL markalı yük avtomobilinin əyləc sistemində yaranan problem olub.

 

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər xəsarət alıb. Onun 1 saylı Şəhər Klinik Xəstəxanasına aparıldığı bildirilir.

 

Qəza baş verdiyi küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Hadisə yerində Dövlət Yol Polisinin əməkdaşları işləyir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar