Bakıda yüksək vəzifəli məmur işdən çıxarıldı
29.06.2017 898 0.0 0

Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Arzu Məmmədova və icra hakimiyyətinin sektor müdiri – RİH-in baş mühasibi Gülnarə Bağırova vəzifəsindən azad edilib.

Qazeta.info "Report"un xəbərinə əsasən bildirir ki, işdən çıxarılan vəzifəli şəxslərin yerlərinə hələlik təyinat olmayıb. Sektor müdiri – RİH-in baş mühasibi vəzifəsini Ceyhun Abbasov əvəz edir.

Qeyd edək ki, A.Məmmədova RİH başçısının müavini vəzifəsinə 2014-cü ildə təyin olunub. O, bu vəzifəyə qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsində çalışıb. 


Digər xəbərlər:
Şərhlər
avatar