Bakıda yolu keçmək istəyən 6 yaşlı uşağı maşın vurub
12.05.2017 643 0.0 0

Bakının Nizami rayonunda 6 yaşlı uşağı avtomobil vurub.

"Report" xəbər verir ki, hadisə İsmayıl Məmmədov küçəsində yerləşən "Atlas" kitab evinin qarşısında baş verib.

Yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Şərifzadə Cavid Əlif oğlunu maşın vuraraq ərazidən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.


Digər xəbərlər:
Şərhlər
avatar