Bakıda yeni `dibçək fırıldaqçıları` peyda olub
05.09.2019 675 0.0 0

Bakıda yerləşən mağazaların qarşısına qoyulması üçün sahibkarlara məcburi şəkildə dibçək gülləri satılır.

Bildirək ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. 

Bildirilir ki, Xətai rayonunda bir qrup şəxs mağazalara yaxınlaşaraq, özlərini Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) işçisi kimi təqdim edir. Onlar yeni qaydalara görə mağazaların qarşısında dibçək güllərinin qoyulmalı olduqlarını deyirlər. Bir dibçəkdə 3 gül var və o, 8 manata satılır.

Bakı Şəhər İcra Hakimiyyətindən olaraq bildirilib ki, qurumdan belə bir tapşırıq verilməyib:

"Sosial şəbəkələrdə səsləndirilən iddialar əsassızdır. Heç kimə belə bir ixtiyar verilməyib. BŞİH adından istifadə edib belə bir addım atanlar barədə araşdırma aparılacaq. Məsələ barədə ciddi ölçü götürələcək"./oxu.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar